Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: "Barselona" Messisiz qələbə qazandı

© AFP 2023 / VALERY HACHEЛига чемпионов УЕФА
Лига чемпионов УЕФА - Sputnik Azərbaycan
Abunə olmaq
"Qalatasaray" öz meydanında büdrədi

BAKI, 25 oktybr — Sputnik. Futbol üzrə Çempionlar Liqasında I dövrəyə yekun vurulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, III turun ikinci günündə dövrənin son 8 görüşü baş tutub.

A qrupunda ilk iki matçda qələbələri sıralayan Dortmund “Borussiya”sı bu dəfə “Atletiko”nu darmadağın edib.

Лига чемпионов УЕФА - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqası: "Real" uduzdu, "Roma" darmadağın etdi

B qrupunda da maraqlı oyun keçirilib. 6 xalla liderliyi bölüşən “Barselona” və “İnter” “Nou Kamp”da üz-üzə gəlib. Hər hissədə bir dəfə fərqlənən “Barsa” yoluna itkisiz davam edir.

C qrupunda PSJ öz meydanında “Napoli” ilə matçda məğlubiyyətdən son anda qurtulub. “Liverpul” isə doğma azarkeşləri önündə “Srvena Zvezda”ya aman verməyib.

D qrupunda səfərdə “Lokomotiv”i üstələyən “Porto” liderliyi ələ keçirib. “Qalatasaray”la “Şalke”nin İstanbuldakı duelində isə qol səsi çıxmayıb.

A qrupu

“Brügge” (Belçika) – “Monako” (Fransa) — 1:1

“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) — 4:0

 

B qrupu

PSV (Hollandiya) – “Tottenhem” (İngiltərə) — 2:2

“Barselona” (İspaniya) – “İnter” (İtaliya) — 2:0

 

C qrupu

PSJ (Fransa) – “Napoli” (İtaliya) — 2:2

“Liverpul” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) — 4:0

 

D qrupu

“Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya) — 0:0

“Lokomotiv” (Rusiya) – “Porto” (Portuqaliya) — 1:3

Xəbər lenti
0