09:51 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Qurban Qurbanov oyun zamanı

Qurban Qurbanov: "Mahir Mədətov paltardəyişmə otağında ağlayırdı"

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
92 0 0

"Məğlub olsaydıq belə, belə oyunla futbolçulardan razı qalacaqdım"

BAKI, 15 oktyabr — Sputnik. UEFA Millətlər Liqasının IV turu çərçivəsində millimiz Bakıda Malta millisi ilə qarşılaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, 1:1 başa çatan görüşdən sonra Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

"Məğlub olsaydıq belə, belə oyunla futbolçulardan razı qalacaqdım. Qol çatışmadı. Futbolçular hər epizodda düzgün davrandılar. Onlara hər hansı iradım yoxdur. Sadəcə, qol vura bilmədik.

Millətlər Liqası: Türliyə-Rusiya matçı
© Sputnik / Григорий Сысоев

Təmkin Xəlilzadənin qızdırması vardı deyə start heyətdə meydana buraxmamışdım. Onu meydana buraxanda da tərəddüd etdim.

Rəqib baş məşqçinin Azərbaycan yığması fantastik komandadır ifadəsi işlədib? Yəqin ki bugünkü oyunumuz belə deməyə əsas verib.

Kamran Ağayevin bu gün texniki səhvləri oldu. Səlahət Ağayevi oynatmaq olardı. Amma təcrübəyə üstünlük verdim.

Mahir Mədətova qarşı basqı var. Onu mütləq şəkildə biz qazanmalıyıq. Qol ötürməsini də o verdi. Onu qazanmağa bizim ehtiyacımız var. Paltardəyişmə otağında Mahir ağlayırdı. Bu futbolçulara güvənmək lazımdır. Bizim başqa futbolçumuz yoxdur. Onlara güvənməliyik. İnanın mənə, onların hər biri məsuliyyətlidir. Hər bir halda furbolçularımın arxasındayam. Onlar bu gün əsl xarakter göstərdilər.

Mən bu komandaya inanıram. Əgər desək, biz bu qrupdan çıxmayacağıq, o zaman futbol oynamağa ehtiyac yoxdur. Matçlara uduzmaq üçün çıxmırıq. Düşünürəm ki, oyundan oyuna artıracağıq.

Oyundan sonra fitə basıldıq? Belə olubsa, normal haldır. Amma mənə görə, bu futbolçulara irad bildirilməsi düz deyil. Bəlkə azarkeşlər məni fitə basıb?! Şəxsən mən futbolçularıma irad bildirmədim".

Teqlər:
mətbuat konfransı, Malta, milli komanda, Qurban Qurbanov, UEFA Millətlər Liqası

Əsas mövzular