Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həbibdən daha bir ağlasığmaz addım - Məşhur boksçunu döyüşə çağırdı

© AP Photo / John LocherБой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе
Бой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüşün hansı qaydalar üzrə keçirilə biləcəyi bəlli deyil. Floyd Meyvezerin də çağırışa hansı cavab verəcəyi bilinmir.

BAKI, 14 oktyabr — Sputnik. Mütləq Döyüş üzrə Çempionatın (UFC) çempionu, qarışıq döyüş üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov amerikalı boksçu, dünya çempionu Floyd Meyvezeri döyüşə dəvət edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dağıstanlı çempion müraciətində onunla döyüşməyə hazır olduğunu bəyan edib: "Floyd. Səninlə döyüşməyə hazıram. Sənin 50 məğlubiyyətsiz qələbənə qarşı mənim 27 qələbəm".

Döyüşün hansı qaydalar üzrə keçirilə biləcəyi bəlli deyil. Floyd Meyvezerin də çağırışa hansı cavab verəcəyi bilinmir.

Qeyd edək ki, peşəkar boksçu olan Meyvezer bir müddət öncə Həbibin məğlub etdiyi Konor Makqreqorla görüşmüşdü. Boks qaydaları ilə keçirilən görüşdə Meyvezer tam üstünlüklə (nokaut) qalib gəlmişdi.

Həbib Nurməhəmmədov isə oktyabrın 7-də UFC-də keçirilən döyüşün 4-cü raundunda Makqreqora boğucu fəndlə qalib gəlmişdi.

 

Xəbər lenti
0