BAKI, 12 oktyabr — Sputnik. Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, D liqasında III qrupda yer alan komanda 3-cü tur çərçivəsində Farer adaları yığması ilə görüşüb.
Görüşdə hesabı 28-ci dəqiqədə Riçard Almeyda açıb.
Fasilədən sonra millimizin oyunçusu Dmitri Nazarov ikinci topu meydan sahiblərinin qapısından keçirib — 2:0.
86-cı dəqiqədə Riçard Almeyda penaltidən özünün ikinci topunu vurub — 3:0.
Beləliklə, Azərbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazanıb.