Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həbib Nurməhəmmədovun başı dərddə: UFC sərt, atası isə amansız qərar verəcək

© REUTERS / Stephen R. Sylvanie-USA TODAY SportsХабиб Нурмагомедов во время боя с ирландцем Конором Макгрегром
Хабиб Нурмагомедов во время боя с ирландцем Конором Макгрегром - Sputnik Azərbaycan
Abunə olmaq
Nurməhəmmədovun qonorarının ödənilməsi dondurulub, titulu isə geri alına bilər

BAKI, 8 oktyabr — Sputnik. ABŞ-ın Las-Veqas şəhərində UFC çempionu, irlandiyalı boksçu Konor Makqreqoru qaydasız döyüşdə məşğul edən dağıstanlı samboçu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov döyüşdən sonra dava etdiyinə görə oğlunu sərt şəkildə cəzalandıracağını bildirib. Onun sözlərinə görə, verəcəyi cəza UFC-dən daha sərt olacaq. 

© Photo : Instagram / khabib_nurmagomedovHəbib Nurməhəmmədov və atası Abdulmanap Nurməhəmmədov
Həbib Nurməhəmmədov və atası Abdulmanap Nurməhəmmədov - Sputnik Azərbaycan
Həbib Nurməhəmmədov və atası Abdulmanap Nurməhəmmədov

Sputnik Azərbaycan-ın məlumatına görə, "İzvestiya" qəzetinə müsahibəsində ata Nurməhəmmədov deyib ki, komandada ən əsas olan şey məhz intizamdır: "Sən oktaqonda istədiyini edə bilərsən. Lakin ondan kənarda qadınlar, uşaqlar və yaşlı insanlar var".

Atası oğlunun hərəkətlərinin yolverilməz olduğunu deyib və bunun onun "əsəblərini yerindən oynatdığını" bildirib: "Komandanın rəhbəri olaraq baş verənlərə görə məsuliyyəti mən daşıyacağam".

Xatırladaq ki, şənbə günü — oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.

Həbib Nurmaqomedov - Sputnik Azərbaycan
İDMAN
"İlin döyüşü" Nurməhəmmədovun qələbəsi ilə başa çatdı, lakin kəmər verilmədi - QALMAQAL

Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşağaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.

Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.

UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.

Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra, çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib.

Onu da qeyd edək ki, H.Nurməhəmmədov bu gün Bakı vaxtı ilə saat 22.50-də Mahaçqalada öz fanatları ilə görüşəcək.

Xəbər lenti
0