15:19 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Keçmiş vergilər naziri Fazil Məmmədov

Fazil Məmmədov vəzifədən imtina edib

© Photo: REPORT
İDMAN
Qısa URL
386 0 0

O, öz xahişi ilə tutduğu vəzifədən azad edilib

BAKI, 2 oktyabr — Sputnik. Keçmiş vergilər naziri Fazil Məmmədov uzun müddətdir Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsini icra edib. Amma bu gün artıq rəsmi olaraq Fazil Məmmədov Güləş Federasiyasının prezidenti vəzifəsindən imtina edib.

Bu barədə Sputnik Azərbaycan-a Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib. Məlumatda deyilir ki, Fazil Məmmədov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

"Hazırda prezident əvəzləyicisi kimim federasiyanın I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. O ki qaldı federasiyanın maliyyələşməsinə. Federasiyada maliyyə problemi yoxdur və dövlət tərəfindən federasiya maliyyələşdirilir"- deyə S.Musalı əlavə edib.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti kimi fəaliyyət göstərib.

Əlaqədar

Fazil Məmmədovun rəhbərlik etdiyi qurumda yeni kadr təyinatı
Azad Rəhimov Fazil Məmmədovla bağlı məsələyə aydınlıq gətirdi
İşdən çıxarılan Fazil Məmmədov ilk dəfə danışdı: "Səhhətim..."
Fazil Məmmədovun rəhbəri olduğu qurumdan açıqlama
Teqlər:
vəzifə, Azərbaycan Güləş Federasiyası, Vergilər naziri Fazil Məmmədov

Əsas mövzular