Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Komandamız medalsız qaldı

© Official website of President of Azerbaijan RepublicCüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları
Cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə komandamız komanda yarışlarında tatamini medalsız tərk edib

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanın cüdo üzrə dünya çempionatının qarışıq komandalar arasında keçirilən yarış sona çatıb. Paytaxt Bakıda keçirilən dünya çempionatında Azərbaycan komandası çıxışını başa çatdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, qarışıq komandalar arasında millimiz bürünc medal uğrunda qarşılaşmada Rusiya komandasına 1:4 hesabı ilə məğlub olub.

Öncə 57 kiloda İçinxorlu Munxtsedev – Anastasiya Konkina ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Ardından 70 kq-da Günel Həsənli rəqibi Alena Prokopenko mübarizə apararaq 0:1 hesabı ilə məğlub ayrılıb. +90 kq. Uşangi Kokauri də rəqibi İnal Tasoyeva məğlub olaraq Rusiyanın hesabına daha bir xal yazdırıb. 73 kq-da güləşən Hidayət Heydərov komanda yoldaşlarından fərqli olaraq Musa Moquşkovun kürəyini yerə vurmağı bacarıb. Amma bu qələbə komandamızın qalib gəlməsi üçün yetərli olmayıb.

90 kq-da Məmmədəli Mehdiyev da mütləq şəkildə qələbə qazanmalı idi. Amma mübarizədə rəqibi Mixael İqolnikova 0:1 hesabı ilə məğlub olub. 1:4 hesabı olduğundan artıq +70 kq. İrina Kindzerska – Anzela Qasparyan – görüş keçirilməyib. Nəticədə komandamız komanda yarışlarında tatamini medalsız tərk edib.

Xəbər lenti
0