Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda cüdo bayramı – Dünya Çempionatının açılışı oldu

© Photo : ACF-nın mətbuat xidmətiBakıda cüdo üzrə dünya çempionatı keçirilir
Bakıda cüdo üzrə dünya çempionatı keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli Al Bano cüdo həvəskarlarını musiqi ilə əyləndirib

BAKI, 21 sentyabr — Sputnik. Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçrilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev iştirak edib.

125 ölkənin iştirakı ilə keçirilən mötəbər yarışda öncə komandaların tanıdıcı çarxı nümayiş olunub. Daha sonra Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti Marius Vizer və ACF prezidenti Rövnəq Abdullayev çıxış edib.

Международный военно-технический форум Армия-2017. День шестой - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycan hərbçilərinin iştirak edəcəyi yarış başladı

Rövnəq Abdullayev cüdoçuları və iştirakçıları salamlayaraq idmançılara uğurlar arzulayıb: "Prezident İlham Əliyevin idmana verdiyi dəstək nəticəsində idman sahəsi günü-gündən daha da inkişaf edir. Azərbaycan beynəlxalq qurumların etimadını qazanıb və bir çox idman oyunlarına ev sahibliyi edib. Buna 2015-ci ildə keçirilmiş I Avropa oyunları, 2017-ci ildəki IV İslam Oyunları və digər yarışları misal göstərmək olar. Bu gün də cüdo üzrə dünya çempionatına ev sahibliyi edirik. Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindən biridir və Azərbaycanın bütün bölgələrində bu idman növündə idmançılar yetişir. Dünya çempionatının Azərbaycanda keçirilməsi cüdosevərlər üçün əsl bayramdır. İnanıram ki, yarış iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaq".

Marius Vizer cüdo ailəsi və BCF adından Azərbaycanda belə mötəbər yarışı yüksək səviyyədə keçirdiyi üçün hər kəsə təşəkkür bildirib: “Azərbaycan bir çox Avropa və dünya yarışlarını keçirərək dünyada güclü və yaxşı idman oyunları keçirən ölkə kimi tanınıb. Ümid edirəm ki, bu yarışdan hər kəs xoş təəssüratlarla ayrılacaq. Bakıdan həzz alacaqsınız".

Daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni və BCF-in himni səsləndirilib. Daha sonra dünya şöhrətli Al Bano cüdo həvəskarlarını musiqi ilə əyləndirib.

Xəbər lenti
0