Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karate milli yığması əsas məqsədini açıqladı

© Sputnik / Murad OrujovAlmaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan karateçilər ilə görüş
Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan karateçilər ilə görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da yarış haqqında fikirlərini bildirib

BAKI, 19 sentyabr — Sputnik. Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan karateçilər ilə görüş keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, konfransda medal qazanan idmançılarımız Rafael Ağayev, İrina Zaretska, və Firdovsi Fərzəliyev, 5-ci yerə çıxan Şahin Atamov, eyni zamanda  Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev də iştirak edib.

© Sputnik / Murad OrujovGənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov
Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov - Sputnik Azərbaycan
Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov

Tədbiri giriş sözü ilə açan Fərid Mansurov uğur qazanan idmançıları təbrik edib: "Bundan sonra da uğurlarınızın bol olmasını arzu edirəm.  Hər birinizin oyunlarını izləmişəm. Karete idman növündə güclü rəqabət var. Biz Rafael Ağayevin hər zaman 1-ci yeri tutmasına öyrəşmişik. Amma karete günü-gündən inkişaf edir, Ağayev bu dəfə gümüş medal əldə edib. Biz karate millisinin bütün üzvlərindən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yüksək nəticələr gözləyirik. Dövlətimizin göstərdiyi diqqət və qayğı idmançıları həvəsləndirməlidir. Ancaq peşəkar idman qurbanlar tələb edir. Bir sözlə idmançılarımızdan zədəsiz döyüşlər və medallar gözləyirik".

© Sputnik / Murad OrujovKarate Federasiyasının prezidenti Yaşar Bəşirov
Karate Federasiyasının prezidenti Yaşar Bəşirov - Sputnik Azərbaycan
Karate Federasiyasının prezidenti Yaşar Bəşirov

Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da yarış haqqında fikirlərini bildirib. O, deyib ki, hazırda karete idman növündə vəziyyət yaxşıdır: “Bu yarışa ondan artıq idmançımız qatılmışdı. 72 ölkə arasında biz ilk "8-liy"ə düşməyi bacardıq. Çox güclü ölkələr və idmançılar var idi, çətin görüşlər keçirdik. Bundan sonrakı əsas məqsədimiz olimpiadada yaxşı çıxış etməkdir. Məşqlərimiz davam edir, idmançılarımız növbəti yarışlara hazırlaşır".

© Sputnik / Murad OrujovRafael Ağayev
Rafael Ağayev - Sputnik Azərbaycan
Rafael Ağayev

Rafael Ağayev belində zədə olsa da mətbuat konfransına gəlib. O, çıxışı zamanı deyib ki, zədələrinin olmasına baxmayaraq var gücü ilə “Tokio 2020” olimpiadasına vəsiqə qazanmağa çalışacaq: "Bu mənim qarşıma qoyduğum əsas məqsəddir".

Qeyd edək ki, Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb, Şahin Atamov isə hakim haqsızlığına tuş gələrək 5-ci yerlə kifayətlənməli olub.

Xəbər lenti
0