08:54 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Malta yığmasının baş məşqçisi Rey Farruciya

Malta millisinin baş məşqçisi: "Uğurlu nəticədir"

© REUTERS / Darrin Zammit Lupi
İDMAN
Qısa URL
23 0 0

63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması tədricən daha yaxşı oynayır

BAKI, 11 sentyabr — Sputnik. "Azərbaycan çox yaxşı komandadır. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan sonra təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.

63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması tədricən daha yaxşı oynayır: "İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. Qrupumuzda favorit yoxdur. Məsələn, Kosovo yeni komandadır. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdür. Lakin fikrimcə, Kosovo bir qədər üstündür. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosovo daha üst sırada dayanmalıdır".

Teqlər:
açıqlama, futbol, UEFA Millətlər Liqası, Rey Farruciya

Əsas mövzular