15:57 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Kosovo yığmasının baş məşqçisi Bernar Şalland

Baş məşqçi: "Bizə qarşı ciddi rəqib oynayırdı"

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
36 0 0

O, qeyd edib ki, rəqib onu oyunun ilkin planına düzəliş etməyə məcbur edib

BAKI, 7 sentyabr — Sputnik. "Bizə qarşı ciddi rəqib oynayırdı". Sputnik Azərbaycan xəbər verir ki, bunu futbol üzrə Kosovo yığmasının baş məşqçisi Bernar Şallan Millətlər Liqasının D divizionunun üçüncü qrupunda Azərbaycan yığmasına qarşı ilk oyunu şərh edərkən deyib.

Şalland bildirib ki, nəticədən razı qalıb.

"Rəqib topla daha yaxşı oynayırdı, amma biz də yaxşı müdafiə olunurduq. Riçard Almeyda çox ağıllı oynayırdı və topa yaxşı nəzarət edirdi. Hücum xəttimizdən narazıyam. Nəyə qadir olduğumuzu bildiyimə görə deyirəm ki, daha yaxşı oynaya bilərdik" — baş məşqçi bəyan edib.

O, qeyd edib ki, rəqib onu oyunun ilkin planına düzəliş etməyə məcbur edib: "Azərbaycan güclü komandadır. Sizin yığmanızın qol vurmaq şansı daha çox idi".

Əlaqədar

Qurban Qurbanov: "Sona qədər mübarizə aparacağıq"
Qurban Qurbanov: “Bu, bizim son şansımızdır”
Millətlər Liqasında ilk oyun və ilk xal
Teqlər:
Millətlər Liqası, futbol, Kosovo, Bernar Şalland, Azərbaycan yığması

Əsas mövzular