Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nazirlik Ermənistan millisinin Azərbaycana gəlməməsinə münasibət bildirdi

© Sputnik / Murad OrujovGənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Ermənistan idmançılarının təhlükəsizliyinə zəmanət verməməsi səbəb kimi göstərilir

BAKI, 6 sentyabr — Sputnik. 20-27 sentyabr 2018-ci il tartixində Bakıda Cüdo üzrə 32-ci Dünya çempionatı keçiriləcək. Bu yarışa dünyanın bir çox ölkələrinin cüdo üzrə milli komandaları qatılmalıdır. Ermənistan da bu siyahıda yer alıb. Amma Ermənistan milli komandası mötəbər yarışda iştirak etməkdən imtina edib. Buna səbəb kimi isə, Azərbaycanın Ermənistan idmançılarının təhlükəsizliyinə zəmanət verməməsi səbəb kimi göstərilir.

Bu məsələyə Azərbaycan Gənclər və İdman Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda belə deyilir:

"İllər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub. Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlükəsizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək Cüdo üzrə Dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktunu vaxtında Ermənistana təqdim edib.Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır".

Xəbər lenti
0