Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün "Qarabağ"ın son sınağıdır

© Sputnik / Murad OrujovФутбольный матч Карабах – ПАОК (Греция)
Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban Qurbanov: "Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm"

BAKI, 30 avqust — Sputnik. Bu gün "Qarabağ" klubu daha bir qarşılaşmasını keçirəcək. Sputnik Azərbaycan klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" — "Şerif" görüşü saat 21:00-da başlayacaq.

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Şerif"i qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransənda öz fikirlərini bildirib: "Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq öz oyunumuzu oynamalıyıq.

Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalarla görüşə rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".

Bu komandalar arasında Moldovada keçirilmiş ilk görüş 1:0 hesabı ilə "Şerif"in xeyrinə qurtarıb.

Xəbər lenti
0