16:45 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Mina Abbasova

Onun cəmi 8 yaşı var, amma sorağı Avropanın hər tərəfindən gəlir

© Sputnik
İDMAN
Qısa URL
46 0 0

Bir neçə dəfə Macarıstan şərəfini qoruyan 8 yaşlı idmançımız Mina Abbasova bu il Azərbaycanı təmsil edib

BAKI, 27 avqust — Sputnik. 25-26 avqust tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan Bədii Gimnastika Federasiyasının təşkilatçılığı ilə XVII ənənəvi Graciya kuboku keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışlarda ev sahibi Macarıstanla yanaşı, ABS, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, Italiya, Malayziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmaları və yerli klubları da iştirak edib.

Əvvəllər Macarıstan şərəfini qoruyan 8 yaşlı idmançımız Mina Abbasova bu il Azərbaycanı təmsil edib. Onun istedadını, indiyə qədər qazandığı nailiyyətləri nəzərə alan təşkilatçılar balaca gimnasta arzusunu reallaşdırmaq üçün şərait yaradıblar.

Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub
© Sputnik / Murad Orujov

O, çoxnövçülük üzrə yarışlarda həmyaşıdlarını böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Mina Abbasova növbəti qızıl medalını Azərbaycan bayrağı altında qazanıb.

İkinci pilləyə Ukrayna, üçüncü pilləyə isə Rusiya gimnastı sahib olub.

Qeyd edək ki, Mina Abbasova 2010-cu ildə Bakı şəhərində anadan olub. Hal- hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayır. İştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənməyi bacaran balaca gimnast idman karyerasına hələ 5 yaşından başlayıb və qısa vaxt ərzində bir çox beynəlxalq yarışmalarda iştirak edib.

Mina Abbasova
© Sputnik
Mina Abbasova

O, Lyublyana — 2015 beynəlxalq turnirdə (Sloveniya) 1-ci yer, Gracia cupa — 2015 (Budapeşt) 2-ci yer, Yeni il turniri- 2015 (Budapeşt) 1-ci yer, Bahar kuboku — 2016 (Budapeşt) 2-ci yer, Pecs kuboku — 2015 (Macarıstan, Pecs) 2-ci yer, Gracia cupa — 2016 (Budapeşt) 1-ci yer, Yeni il kuboku — 2016 (Budapeşt) 1-ci yer, Bahar kuboku — 2017 (Budapeşt) 2-ci yer, Pecs kuboku — 2017 (Macarıstan, Pecs) 1-ci yer, Sosnoviçe kupa —  2017 (Polşa) 2-ci yer, Pecs kupa — 2017 (Macarıstan) 1-ci yer, Yeni il kuboku — 2017 (Budapeşt) 1-ci yer, Lüksemburq cupa — 2017 (Avropa çempionatı) 3-cu yer, Caorle cupa — 2018 (İtaliya) 2-ci yer, Katovice kupa — 2018 (Polşa) 2-ci yer, Zaqreb kupa — 2018 (Xorvatiya) beynəlxalq yarışmasında 2-ci yer tutub.

Əsas mövzular