23:02 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Şəhriyar Məmmədyarov

Məşhur idmançımızdan sensasiyalı açıqlama: "Biabırçılıqdır..."

© Sputnik / Alexander Vilf
İDMAN
Qısa URL
473710

Şəhriyar Məmmədyarov: "Bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsur tapılmır?"

BAKI, 27 avqust — Sputnik. ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov il ərzində normadan daha çox oyun keçirməsindən, buna isə sponsorunun olmadığı üçün məcbur qaldığından şikayətlənib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə gileyini sosial şəbəkədə paylaşıb.

"Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım. Açığı, çətin mübarizə oldu, debütdən böyük üstünlüyüm var idi. Daha sonra bir az pis vəziyyətə düşdüm və rəqib 5 saat mənə qalib gəlməyə çalışdı. Bu oyundan sonra bir qərara gəldim ki, bir daha 40-45 günlük turnirlərə getməyəcəm. Gərək az oynayıb, gücümü qoruyum" — o bildirib.

"Bu qədər tez-tez turnirlərdə iştirak eləmək biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, "səni bu qədər çox oyun oynamağa nə məcbur edir?" Jurnalistə utandım cavab verim ki, məni fasiləsiz oynamağa vadar edən puldur. Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdur, hətta bütün yarışlara öz hesabıma gəlirəm, amma turnirlərdə iştirak edən digər şahmat ustalarının sponsorları var" — Ş.Məmmədyarov vurğulayıb.

O, açıqlamasını belə yekunlaşdırıb: "Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur, amma təəssüflər olsun ki, mənim gücüm sonsuz deyil. Bir gün indiki Şəhriyar Məmmədyarov olmayacaq, o zaman isə bu söhbətlər mənasız olacaq. Sabah oyun var, gərək yenə hazırlaşım. Çox heyif, amma bu gedişlə şahmat məni bezdirir. Yorulmuşam".

Əlaqədar

Azərbaycan şahmatçılarının yeni reytinqləri açıqlandı: Məmmədyarov...
Məmmədyarov: “Dünyanın bir nömrəli şahmatçısı olmaq üçün çalışacam”
Şahmatçılara 1 milyon verildi
Şahmatçılarımız Avropa çempionu oldu
Teqlər:
sponsor, Şəhriyar Məmmədyarov, şahmat, oyun, Azərbaycan

Əsas mövzular