Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Erməni millisinin oyununu idarə edəcək azərbaycanlı hakim: "Oyunda..."

© Photo : Facebook / Юсиф НуруллаевAzərbaycanlı hakim Yusif Nurullayev
Azərbaycanlı hakim Yusif Nurullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan qarşılaşmanı idarə edəcək hakim Yusif Nurullayevdən oyunla bağlı münasibət alıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bu gün Moldovanın Kişinyov şəhərində qadınlardan ibarət Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin C qrupunun oyunlarına start verilir. Bu qrupda Moldova, Ermənistan və Belarus komandaları üz-üzə gələcək. Azərbaycanlı hakim Yusif Nurullayev Moldova-Ermənistan matçını idarə edəcək. Ona Albaniyadan olan hakim Kreşnik Xakrama və alman Yakob Pavlovski kömək edəcək.

Sputnik Azərbaycan qarşılaşmanı idarə edəcək hakim Yusif Nurullayevdən oyunla bağlı münasibət alıb. Hakim açıqlamasında bildirib ki, Ermənistan komandasının oyunlarını idarə etmək təcrübəsinə malikdir: "Mən karyeramda bir neçə dəfə erməni futzalçılarının oyununu idarə etmişəm. Onların kişilərdən ibarət komandasının oyunlarında hakim olmuşam. Bu dəfə isə qadınlardan ibarət futzalçıların qarşılaşmalarını idarə etmək mənə həvalə olunub. Bir neçə il öncə Andorrada Ermənistan komandasının oyununu idarə etmişəm. 2015-ci ildə Kiprdə dünya seçmə mərhələsində Latviya, Estoniya və Ermənistanın olduğu qrupda oyunları bizim hakimlər briqadası idarə edib". 

Çelsi klubunun yarımmüdafiəçisi Temue Bakayoko - Sputnik Azərbaycan
İDMAN
Məşhur fransız futbolçu "Milan"a keçdi

Ermənistan yığmasının oyunlarını idarə edərkən hansı hissləri keçirdiyi barədə suala Nurullayev, "bizim peşəmiz hakimlikdir. İstənilən oyunu vicdanla idarə etmək bizim borcumuzdur. Bu dəfə də vəzifəmizin öhdəsindən gəlməyə çalışacağıq və oyunda ədalətin tərəfində olacağıq".

Beynəlxalq dərəcəli hakim əlavə edib ki, dəfələrlə Ermənistan komandasının oyunlarını idarə etsə də, hələ ki çıxardığı qərara etiraz edən olmayıb: "Onların nə oyunçuları, nə də məşqçiləri çıxardığımız qərarlara oyun zamanı və yaxud görüşdən sonra etiraz etməyiblər. Bütün qərarlarımızla razılaşıblar".

Xəbər lenti
0