15:59 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ağır Atletika üzrə Azərbaycan yığmasının üzvləri

Azərbaycan yığması Avropanı fəth edib

© Foto : Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti
İDMAN
Qısa URL
25 0 0

Millimiz komanda hesabında Avropanın ən yaxşısı oldu

BAKI, 30 iyul — Sputnik. 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 40-a yaxın ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər.

Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə, ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra 2-ci olub.

Yaşı 17-yə qədər olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) 4-cü yerə çıxıblar.

Yaşı 15-ə qədər olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kq-da cəmi 7 nəfərlə qatılmışdılar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada 3-cü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb.

Yaşı 15-ə qədər olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kq çəki dərəcələrində cəmi 8 nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız, bu nəticə ilə medal hesabında Avropanın 2-ci ən güclü komandası olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.

Əlaqədar

İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib
Ağır atletika komandalarına məşqçi heyəti seçilib
Teqlər:
Milan şəhəri, AAAF, Azərbaycan Ağır Atletika Federasiyası, milli, İtaliya, yığma

Əsas mövzular