Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ərdoğan Özildən danışdı: "Gözlərindən öpürəm"

© AP Photo / Kerstin JoenssonMəsut Özil
Məsut Özil - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil milli karyerasını başa vurub

BAKI, 24 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya millisindən ayrılmaq qərarı verən Məsut Özil ətrafında yayılan xəbərləri şərh edib. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.

Məlumata görə, AK Partiyanın qrup toplantısında jurnalistlərin suallarını cavablandıran Ərdoğan Özilin qərarı barədə bunları deyib: "Onun sərgilədiyi yanaşma tamamilə milli yanaşmadır. Gözlərindən öpürəm".

Qeyd edək ki, ötən gün "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil millidəki karyerasını başa vurub.

Özil bildirib ki, Almaniya millisinin dünya çempionatındakı uğursuzluğunun səbəbkarı kimi göstərilmək onu bu qərara vadar edib: "Almaniya Futbol İttifaqının səriştəsizliyi üzündən uğursuzluğun səbəbkarı kimi göstərilmək istəmirəm. Qələbə qazananda alman, uduzanda isə köçkün oluram. Dostlarım Lukas Podolski və Miroslav Kloze heç vaxt alman polşalısı sayılmadılar. Bəs niyə mənə alman türkü deyirlər? Çünki mən Türkiyədənəm? Çünki mən müsəlmanam? Bu, bağışlanmır və unudulmur".

Xəbər lenti
0