Fransızlar tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar
BAKI, 15 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə XXI Dünya Çempionatı başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, finalda Xorvatiya millisinə 4:2 hesabı ilə qalib gələn Fransa yığması dünya çempionu adını qazanıb.
Fransızlar tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar. Buna qədər Fransa millisi 1998-ci ildə keçirilən dünya çempionatının qızıl medalını qazanmışdı. Fransızların baş məşqçisi Didye Deşam isə həm futbolçu (1998-ci cildə qalib gələn komandanın aparıcı oyunçularından iri və kapitanı olub — red.), həm də məşqçi kimi dünya kubokunu başı üzərinə qaldıran üçüncü şəxs olub. Buna qədər anca braziliyalı Mario Zaqallo və əfsanəvi Frans Bekkenbauer buna nail olublar.
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.