Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Yarımfinalın uğursuzları üçüncü yer uğrunda

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Англия - Бельгия
Футбол. ЧМ-2018. Матч Англия - Бельгия - Sputnik Azərbaycan
Abunə olmaq
Üçüncülük uğrunda oyunda Belçika və İngiltərə yığmaları üz-üzə gələcəklər

BAKI, 14 iyul — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzr dünya çempionatında üçüncü yer uğrunda görüş baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, üçüncülük uğrunda oyunda Belçika və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Həm Belçika, həm də İngiltərə qrup mərhələsində G qrupunda yarışıblar. Belçika qrupda birinci, İngiltərə isə ikinci yeri tutaraq, növbəti mərhələyə adlayıblar. Bu komandalar arasında qrup mərhələsində keçirilən oyunda Belçika yığması 0:0 hesabı ilə qalib gəlib.

1/8 finalda Belçika Yaponiyanı, İngiltərə isə Kolumbiyanı keçib. 1/4 finalda İsveçin qəribi Braziliya, İngiltərə yığmasının rəqibi isə İsveç olub.

Nəhayət, yarımfınalda Belçika Fransaya, İngiltərə isə Xorvatiyaya uduzub.

Qeyd edək ki, üçüncülük uğrunda oyun Sankt-Peterburqda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçın referesi iranlı Əlireza Faqanidir.

 

Xəbər lenti
0