Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başladı - VİDEO

© Sputnik / Murad Orujov“Карабах” сыграл вничью со “Слованом”
“Карабах” сыграл вничью со “Слованом” - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

BAKI, 12 iyul — Sputnik. Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, son 5 mövsümün çempionu "Qarabağ" mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın "Stojitse" stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Xəbər lenti
0