08:02 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Futbol. DÇ-2018. Xorvatiya - İngiltərə oyunu

DÇ-2018: İkinci finalçının adı məlum oldu

© Sputnik / Aleksey Filippov
İDMAN
Qısa URL
Futbol üzrə dünya çempionatı (90)
99 0 0

Xorvatiya finalda Fransa millisi ilə qarşılaşacaq

BAKI, 12 iyul — Sputnik. Rusiyada davam edən futbol üzrə dünya çempionatında ikinci yarımfinal oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, ikinci yarımfinalda Xorvatiya və İngiltərə yığmaları qarşılaşıblar.

Oyunda hesabı 5-ci dəqiqədə İngiltərə yığması açıb. Kieran Tripper cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu qoldan sonra durmadan hücum edən xorvatlar 68-ci dəqiqədə arzularına çatıblar. İvan Perişiç 68-ci dəqiqədə hesabı bərbərləşdirib.

Əlavə olunmuş vaxtın 19-cu dəqiqəsində Mario Mandjukiç xorvatları hesabda irəli çıxarıb. Oyun bu hesabla da başa çatıb — 2:1.

Beləliklə, Xorvatiya millisi tarixində ilk dəfə dünya çempionatının finalına çıxıb.

Xorvatiya finalda Fransa millisi ilə qarşılaşacaq. Oyun iyunun 15-də Bakı vaxtı ilə saat 19-da başlayacaq.

İngiltərə isə üçüncü yer uğrunda Belçika ilə üz-üzə gələcək.

Mövzu:
Futbol üzrə dünya çempionatı (90)

Əlaqədar

DÇ-2018: İkinci finalçının adı məlum olacaq
DÇ-2018: İlk finalçı məlum oldu
DÇ-2018: Bu gün ilk finalçı müəyyənləşəcək
DÇ-2018: Rusiya Xorvatiya səddini keçə bilmədi
DÇ-2018: Üçüncü yarımfinalçı da məlum oldu
Teqlər:
dünya çempionatı, Xorvatiya, final, yarımfinal, İngiltərə, futbol

Əsas mövzular