21:25 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Real Madrid futbol klubunun oyunçusu Kristiano Ronaldo

Onun bir saniyəlik qazancı hesablandı

© AP Photo / Daniel Ochoa de Olza
İDMAN
Qısa URL
323 0 0

İspaniyanın "Real Madrid" klubunun ulduzu, portuqaliyalı Kriştianu Ronaldu komandanı tərk edib

BAKI, 12 iyul — Sputnik. Britaniyanın "The Mirror" nəşri portuqaliyalı ulduz Kriştianu Ronaldunun "Yuventus"da şəxsi müqaviləsinin detallarını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumat nəşrin rəsmi saytında yerləşdirilib.

Məlumata əsasən, 33 yaşlı Ronaldu il ərzində 30 milyon avro qazanacaq. Bu da 1 saniyədə təxminən 1 avroya yaxın məbləğ edir. 4 il ərzində Portuqaliya millisinin üzvü 120 milyon avro qazanacaq.

Qeyd edək ki, İspaniyanın "Real Madrid" klubunun ulduzu, portuqaliyalı Kriştianu Ronaldu ötən gün komandanı tərk edib.

Saytda qeyd edilir ki, Kriştianu Ronaldunun istəyi və arzusu ilə "Yuventus"a keçməsinə icazə verilib. "Real Madrid" Ronalduya təşəkkür edib və onu dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, bu müddət ərzində 438 oyunda 451 qol vurub, 16 titul qazanıb. Ronaldu "Real"ın heyətində 4 dəfə "Qızıl top" qazanıb.

Teqlər:
"Yuventus", müqavilə, qazanc, Kriştianu Ronaldu, The Mirror

Əsas mövzular