12:25 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Türkiyəli FIFA hakimi Cüneyt Çakır

Cüneyt Çakıra 5 milyonu kim və niyə təklif edib?

© AFP 2018 / ODD ANDERSEN
İDMAN
Qısa URL
327 0 0

Hazırda Çakır dünyanın ən yaxşı üç hakimi arasında göstərilir

BAKI, 7 iyul — Sputnik. 2018-ci il futbol üzrə dünya çempionatının ən yaxşı hakimlərindən biri olan türkiyəli Cüneyt Çakıra sürpriz təklif gəlib. Sputnik Azərbaycan Son Dakika-ya istinadən xəbər verir ki, Çakıra Çindən illik 5 milyon dollarlıq təklif gəlib.

Çindən gələn bu transfer təklifini Türkiyə Mərkəzi Hakimlər Qurumunun rəhbəri Yusuf Namoğlu da dəstəkləyib.

"Cüneyt Çakır Türkiyə hakimliyinin göz bəbəyidir. Rusiyada davam edən dünya çempionatında 1/4 oyunlarına təyin edilməməsi onu final oyunun idarə edə biləcək ən güclü namizədlərdən biri edir. Cüneyt Çakırın final gözləntisi ilə yanaşı fərqli bir həyəcan da yaşadığını bilirəm" — deyə Namooğlu bildirib.

Qeyd edək ki, hazırda Çakır dünyanın ən yaxşı üç hakimi arasında göstərilir.

Teqlər:
Cüneyt Çakır, dünya çempionatı, təklif, hakim, Çin, futbol

Əsas mövzular