Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Yarımfinalda oynayacaq daha 2 komanda hansılar olacaq?

Abunə olmaq
Baş tutacaq 2 oyunda İsveç İngiltərə, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq

BAKI, 7 iyul — Sputnik. Bu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha 2 oyunu baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, İsveç İngiltərə, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq.

İlk olaraq meydana İsveç və İngiltərə milliləri çıxacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da Samaradakı "Kosmos" Arenada keçiriləcək.

Xatırladaq ki, 1/8 finalda İsveç İsveçrəni, İngiltərə isə Kolumbiyanı məğlub edib.

Saat 22:00-da baş tutacaq ikinci oyunda isə meydan sahibi Rusiya millisi Xorvatiya yığması ilə qarşılaşacaq. Oyun Soçidəki "Fişt" Arenada keçiriləcək.

Xatırladaq ki, 1/8 finalda Rusiya İspaniyanı, Xorvatiya isə Danimarkanı məğlub edib.

Xəbər lenti
0