Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Braziliya əfsanəsi bitdi

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Бразилия - Бельгия
Футбол. ЧМ-2018. Матч Бразилия - Бельгия - Sputnik Azərbaycan
Abunə olmaq
İlk yarımfinalda Fransa və Belçika qarşılaşacaq

BAKI, 6 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir 1/4 final görüşü baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Braziliya və Belçika milliləri növbəti yarımfinalçını müəyyən ediblər.

Kifayət qədər gərgin keçən görüşdə belçikalılar əvvəlki qələbələrinin təsadüfi olmadığını bir daha sübut ediblər. Oyun 2:1 hesabı ilə Avropa təmsilçilərinin xeyrinə başa çatıb. Bununla da, Braziliya əfsanəsinə son qoyulub.

Bu oyundan sonra dünya çempionatında ancaq Avropa təmsilçiləri qalıb və növbəti dünya çempionu da Avropa komandası olacaq.

Xatırladaq ki, birinci 1/4 final oyununda Fransa yığması Uruqvay üzərində 2:0 hesablı qələbə qazanıb. İlk yarımfinalda Fransa və Belçika qarşılaşacaq.

Xəbər lenti
0