Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mayk Tayson Azərbaycana gəlir

© AFP 2023 / STRMark Tayson
Mark Tayson - Sputnik Azərbaycan
Abunə olmaq
Taysonun Bakıya gəlişi noyabr ayının əvvələrinə planlaşdırılır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Dünya şöhrətli amerikalı boksçu Mayk Tayson Azərbaycana gəlir. Bu barədə Sputnik Azərbaycan-a "Qodzilla" şirkətinin rəhbərinin köməkçisi Vüqar Həsənov məlumat verib.

Məhəmməd Əli - Sputnik Azərbaycan
Tanınmış boksçunun ferması satışa çıxarıldı

"Biz dünyaca məşhur idman simalarını Azərbaycana gətirəcəyik. Məqsədimiz tanınmış idman simalarını ölkəyə gətirməklə yanaşı, Azərbaycanı da dünyaya daha da tanıtmaqdır" — V.Həsənov bildirib.

Onun sözlərinə görə, Taysonu Azərbaycana gətirmək də belə bir zərurətdən yaranıb: "O, istənilən bir ölkəyə getsə, kimliyindən və peşəsindən asılı olmayaraq, hər kəs onunla görüşüb, ən azı şəkil çəkdirmək istəyəcək. Biz də şirkət olaraq belə məşhur simaları Bakıya gətirərək onlarla fanatlarını görüşdürməyə çalışacağıq. Taysonun Bakıya gətirilməsi fikri də şirkətin rəhbəri Emil Əmiraslanova aiddir. Əminliklə deyə bilərəm ki, Mayk Taysonu görmək üçün qonşu ölkələrdən də gələnlərin sayı az olmayacaq".

"Bundan başqa, məşhur qaydasız döyüş ustası Roys Qreysi də bu yaxınlarda Bakıya gələcək. Bu idmançıya da maraq böyükdür və Dağıstan, Rusiya, Qazaxıstan, İrandan tədbirdə iştirak etmək istəyənlər var. Düşünürük ki, Mayk Taysonun da tədbirində bu cür olacaq"- deyə V.Həsənov əlavə edib.

Şirkət təmsilçisi bildirib ki, tədbirdə tək boksçular yox, istənilən idman növü ilə məşğul olan idmançılar da iştirak edə biləcəklər: "Boksu sevən, ona marağı olan hər kəs seminara gələ biləcək. Seminar bilet ilə olacaq. Bir sözlə, bilet alan hər kəs iştirak edə bilər. Tədbir iki gün davam edəcək. Birinci gün Taysonun seminarı olacaq. İkinci gün isə boksçu azarkeşləri ilə görüşəcək və imza günü keçiriləcək".

Onun dediyinə görə, Taysonun Bakıya gəlişi noyabr ayının əvvələrinə planlaşdırılır: "O zamana kimi seminarın və imza gününün təşkil olunacağı yerlər dəqiqləşəcək. Hələ ki, Roys Qreysinin tədbirinə hazırlıq gedir".

Qeyd edək ki, 22 iyulda məşhur qaydasız döyüş ustası, ciu-citsu üzrə braziliyalı peşəkar idmançı Roys Qreysi Azərbayacana gələcək. O da idmançılar üçün seminar keçirəcək.

Xəbər lenti
0