Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Rusiya millisinin rəqibi məlum oldu

© Sputnik / Григорий Соколов / Mediabanka keçidDÇ-2018, Xorvatiya-Danimarka oyunu
DÇ-2018, Xorvatiya-Danimarka oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
1/8 finalın daha bir oyununda qalib penaltilərlə müəyyən edilib

BAKI, 2 iyul — Sputnik. Futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu baş tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nijni Novqorod şəhərində Xorvatiya və Danimarka milliləri qarşılaşıblar.

Oyunda hesab elə birinci dəqiqədə açılıb. Matias Yorgensen vurduğu qolla Danimarkanı irəli çıxarıb — 1:0. Xorvatların cavabı özünü çox gözlətməyib. 4-cü dəqiqədə Mario Mancukiç cavab topunu vurub — 1:1. İlk yarı bu hesabla birib. 

DÇ-2018, Rusiya-İspaniya oyunu - Sputnik Azərbaycan
İDMAN
DÇ-2018: İspaniya Rusiya səddini aşa bilmədi

İkinci yarıda komandalar çox hücum etsələr də, qapılara top vurulmayıb və qalibi müəyyən etmək üçün 30 dəqiqə əlavə vaxt verilib.

Artırılmış vaxtın ilk 15 dəqiqəsində qapılara top vurulmayıb.

116-cı dəqiqədə xorvat Luka Modriçin penaltidən vurduğu topu qapıçı Kasper Şmeyxel qaytarıb. Beləliklə, əlavə vaxt da qalibi müəyyən etməyib.

Penalti zərbələrini daha dəqiq vuran (3:2) Xorvatiya  yığması 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda onların rəqibi Rusiya millisi olacaq.

 

Xəbər lenti
0