Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Son oyunlar keçirildi, qrup mərhələsi başa çatdı

© Sputnik / Yelena Rusko / Mediabanka keçidБолельщики сборной Бельгии во время матча группового этапа чемпионата мира по футболу между сборными Англии и Бельгии
Болельщики сборной Бельгии во время матча группового этапа чемпионата мира по футболу между сборными Англии и Бельгии - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qrupda həm 1/8 finalçılar, həm də evə dönən komandalar hələ II turdan sonra bəlli idi

BAKI, 28 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında G qrupunda III turun oyunları keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla da çempionatda qrup mərhələsinə yekun vurulub.

Bu qrupda həm 1/8 finalçılar, həm də evə dönən komandalar hələ II turdan sonra bəlli idi. İngiltərə və Belçika keçirdikləri hər iki oyunda qalib gələrək hərəyə 6 xal toplayaraq mərhələ adlamışdılar. Panama və Tunis yığmaları isə hər iki oyunu uduzmuşdular.

Sonuncu turda Belçika İngiltərəyə qalib gələrək qrupda birinci yeri tutub. Panama isə 1:2 hesabı ilə Tunisə uduzub. Bu, Tunusun dünya çempionatlarının final mərhələsində ilk qələbəsi olub.

Xəbər lenti
0