20:28 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Futbol. DÇ-2018. Seneqal - Kolumbiya oyunu

DÇ-2018: Dünya çempionatında inanılmaz vəziyyət yaşandı

© Sputnik / Ramil Sitdikov
İDMAN
Qısa URL
Futbol üzrə dünya çempionatı (90)
285 0 0

Bütün əsas göstəriciləri bərabər olan komandaların əlavə göstəriciləri hesablanıb

BAKI, 28 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında H qrupunda III turun oyunlarına yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, sonuncu turda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşüb.

Bu qrupda ən böyük sensasiya Polşanın sonuncu yeri tutaraq, 1/8 finala yüksələ bilməməsi olub. Amma dalbadal 2 turda məğlub olan Polşanın növbəti mərhələyə çıxa bilməyəcəyi artıq II turdan bəlli idi.

Digər üç komandanın hər biri isə qələbə şansını saxlayırdı. Kolumbiya sonuncu turda Seneqalı 1:0 hesabı ilə  məğlub edərək, qrupda birinci yeri tutub və qeyri-şərtsiz 1/8 finala yüksəlib.

Seneqal və Yaponiya arasında isə sözün əsl mənasında “dalana” dirəniblər. Hər iki komanda son oyunu 0:1 hesabı ilə uduzub. Hər iki komanda 4 xal toplayıb. Hər iki komanda bir oyunda 2:1 hesabı ilə qələbə qazanıb, bir oyunda isə heç-heçəyə nail olub. Yəni, komandaların vurduğu və buraxdığı top fərqi də eynidir. Nəhayət, bu hallarda komandaların öz aralarında oynadığı oyunun nəticəsi də mübahisəni həll etməyib. Çünki Yaponiya – Seneqal oyunu 2:2 hesabı ilə başa çatıb.

Məhz bu səbəbdən, bütün əsas göstəriciləri bərabər olan komandaların əlavə göstəriciləri hesablanıb. Yaponiya dünya çempionatında 4, Seneqal isə 6 sarı vərəqə alıb. Bu da son nəticədə 1/8 finala Yaponiyanın yüksəlməsinə gətirib çıxarıb.

Mövzu:
Futbol üzrə dünya çempionatı (90)

Əlaqədar

DÇ-2018: Serbiya möcüzəyə nail olmadı
DÇ-2018: Messi son dəqiqələrdə necə xilas oldu
DÇ-2018: Argentina möcüzəyə nail ola biləcəkmi?
DÇ-2018: İngiltərədən çempionatın ən böyük hesablı qələbəsi
DÇ-2018: Daha bir favorit biabırçılıqdan son anda qurtuldu
Teqlər:
1/8 final, sarı vərəqə, Yaponiya, Seneqal, H qrupu, dünya çempionatı, futbol

Əsas mövzular