Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi hər kəsi heyrətə saldı, amma oyunu ilə deyil - VİDEO

© REUTERS / Albert GeaMessi
Messi - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur futbolçu üzərində qoruyucu talisman gəzdirirmiş

BAKI, 27 iyun — Sputnik. Dünən məşhur futbolçu Lionel Messi Argentina-Nigeriya oyunundan sonra jurnalistlərə açıqlama verən zaman maraqlı faktlar açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, jurnalist futbolçuya "İlk oyundan sonra həyat yoldaşımın mənə bağışladığı uğur amuletini sizə vermişdim. Onu atdınız, ya yox?" deyə sual verib.

Messi isə suala xüsusi jestlə cavab verib. O, jurnalistin bir müddət öncə ona bağışladığı amuleti göstərərək, üzərində gəzdirdiyinə işarə vurub.

Qeyd edək ki, amulet — gözmuncuğu, qoruyucu talismandır. İddialara görə, onu daim üzərində gəzdirən insan bəd nəzərdən, cadulardan, şər qüvvələrdən qorunar.

Xəbər lenti
0