Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: C qrupunda evə dönən komandalar hansılardır?

© Sputnik / Anton Denisov / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Дания - Франция
Футбол. ЧМ-2018. Матч Дания - Франция - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 22.00-da isə D qrupunun təmsilçiləri yaşıl meydançaya çıxacaqlar

BAKI, 26 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında C qrupunda III turun oyunları başa çatıb. Sputnik Azərbaycan-ın məlumatına görə, son oyunda Danimarka və Fransa üz-üzə gəlib, paralel matçda isə Avstraliya ilə Peru qarşılaşıb.

C qrupunun lideri olan Fransa Danimarka ilə qolsuz bərabərliyə razılaşıb. Avstraliya isə gözlənilmədən 0:2 hesabı ilə Peruya uduzub. Bu görüşdən sonra 7 xal yığan Fransa ilə xallarının sayını 5-ə çatdıran Danimarka 1/8 finala keçiblər. Çempionatda iki məğlubiyyətdən sonra ilk qələbəsini qazanaraq 3 xal yığan Peru və 3 oyunda cəmi 1 xal toplayan Avstraliya evlərinə dönürlər.

Saat 22.00-da isə D qrupunun təmsilçiləri yaşıl meydançaya çıxacaqlar. Sankt-Peterburqda Nigeriya-Argentina, Rostovda isə Xorvatiya-İslandiya oyunları start götürəcək.

İki turdan sonra 6 xal toplamış Xorvatiya D qrupunun lideridir. Nigeriya 3 xal toplayıb, Argentina və İslandiyanın iki oyundan sonra 1 xalları var.

Bu qruplarda ilk iki yeri tutan yığmalar 1/8 finalda bir-biriləri ilə qarşılaşacaqlar.

Xəbər lenti
0