06:44 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
Futbol üzrə dünya çempionatı (90)
228 0 0

Avropa təmsilçiləri B qrupunun qalibi olublar

BAKI, 25 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunda son oyunlar keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Saransk şəhərində İran və Portuqaliya milliləri üz-üzə gəliblər. Oyunun ilk yarısı qarşılıqlı hücumlar şəraitində keçib. İranlı futbolçular daha fəal görünüblər, lakin yaranmış məqamları qola çevirə bilməyiblər. 45-ci dəqiqədə isə portuqaliyalı Kuarejma gözəl zərbə ilə topu iranlıların qapısından keçirib və ilk hissə bu hesabla bitib — 1:0.

İkinci hissəyə portuqallar daha fəal başlayıblar və 53-cü dəqiqədə Ronaldu penalti vurmaq fürsəti qazanıb. Lakin iranlıların qapıçısı Beyranvənd Ronalduya qol vurmağa imkan verməyib. Artırılmış 3-cü dəqiqədə isə Ənsarifərd penaltidən topu portuqalların qapısından keçirib — 1:1. Beləliklə, oyun heç-heçə bitib. 

DÇ-2018, Uruqvay-Rusiya
© Sputnik / Виталий Тимкив

Kalininqrad şəhərində isə İspaniya və Mərakeş yığmalarının oyunu keçirilib. Bu oyunda hesabı gözlənilmədən qrupun autsayderi açıb. Mərakeşli Butaib 14-cü dəqiqədə ispanları məyus edib — 1:0. Lakin onların sevinci 5 dəqiqə çəkib. 19-cu dəqiqədə İsko hesabı bərabərləşdirib — 1:1. İspanların cəhdlərinə baxmayaraq ilk hissə belə qurtarıb.

İkinci hissədə mərakeşlilər bir neçə əlverişli məqam yaradıblar. 81-ci dəqiqədə Ən Nasiri ikinci topu ispanların qapısından keçirib — 2:1. Artırılmış 1-ci dəqiqədə isə Aspas hesabı bərabərləşdirib — 2:2. Oyun bu hesabla qurtarıb.

Beləliklə, İspaniya 3 görüşdə 5 xal toplayaraq B qrupunun lideri olub. İkinci yerdə 5 xalla Portuqaliya qərarlaşıb. Bu da o deməkdir ki, iyunun 30-da keçiriləcək 1/8 final oyununda Uruqvay Portuqaliya ilə qarşılaşacaq. İspaniya isə iyulun 1-də 1/8 finalda Rusiya yığması ilə üz-üzə gələcək.

Mərakeş (1 xal) və İran (4 xal) yığmaları isə qrupda qalaraq mundialı tərk edirlər.

Mövzu:
Futbol üzrə dünya çempionatı (90)

Əlaqədar

"A" qrupunda görüşlər başa çatdı: Sensasiya olmadı
DÇ-2018: Növbəti mərhələnin bileti kimlərə kəsiləcək?
DÇ-2018: Polşa nağılının sonu
Dünya çempionatında günün oyunları: Almanlar vəziyyətlərini düzəldə biləcəklərmi

Əsas mövzular