Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: İngiltərədən çempionatın ən böyük hesablı qələbəsi

© Sputnik / Grigoriy Sokolov / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Англия - Панама
Футбол. ЧМ-2018. Матч Англия - Панама - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki görüşdə qalib gələn Belçika və İngiltərə yığmaları sonuncu oyunun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıblar

BAKI, 24 iyun — Sputnik. Rusiyada davam edən futbol üzrə dünya çempionatında G qrupunda II turun son oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, İngiltərə yığması Panama üzərində çempionatın ən böyük hesablı qələbəsini qazanıb.

Oyun 6:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Qolları İngiltərənin heyətində Jon Stounz (8, 40 dəq.), Harri Keyn (22 — pen., 45+1 — pen., 62 dəq.) vurublar. Panama yığmasında isə Ruben Loftus-Çik vurub. Bu, tarixdə Panama yığmasının dünya çempionatlarının final mərhələsində rəqib qapısından keçirdiyi ilk qol olub. Harri Keyn isə 5 qolla bombardirlər siyahısına başçılıq edir.

Qeyd edək ki, artıq bu qrupda hər şey məlumdur. Hər iki görüşdə qalib gələn Belçika və İngiltərə yığmaları sonuncu oyunun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıblar. Hər iki oyunda məğlub olan Tunis və Panama isə çempionatla vidalaşırlar.

Xəbər lenti
0