Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Bizi bu gün nə gözləyir?

© Sputnik / Владимир Песня / Mediabanka keçidFransa-Avstraliya oyunundan əvvəl qadın azarkeşlər
Fransa-Avstraliya oyunundan əvvəl qadın azarkeşlər - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya-Seneqal qarşılaşmasını liderlik uğrunda mübarizə də adlandırmaq olar

BAKI, 24 iyun — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında G və H qruplarında II turun oyunları keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq meydana G qrupundan İngiltərə və Panama çıxacaq. Bu qrupda ilk oyun Belçika və Tunis arasında olub və avropalılar 5:2 hesabı ilə qalib gəliblər.

Birinci turda İngiltərə Tunisə qalib gəlib. İngilislər bu oyundan da qalib ayrılsalar, Belçika ilə bir yerdə 1/8 finala vəsiqəni təmin etmiş olacaqlar. Panamaya isə şansını saxlamaq üçün qalib gəlmək lazımdır.

Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Saat 19:00-da Ha qrupunda II turun ilk oyunu keçiriləcək. Bu oyunda Yaponiya Seneqalla qarşılaşacaq. Hər iki komanda I turda eyni hesabla müvafiq olaraq Kolumbiya və Polşaya qalib gəlib. Bu oyunu liderlik uğrunda mübarizə də adlandırmaq olar.

Saat 22:00-da baş tutacaq digər oyunda isə I  turun uğursuzları olan Polşa və Kolumbiya qarşılaşacaq. Bu komandaların hər ikisinə qələbə lazımdır.

Xəbər lenti
0