Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Belçikadan böyük hesablı darmadağın

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Бельгия - Тунис
Футбол. ЧМ-2018. Матч Бельгия - Тунис - Sputnik Azərbaycan
Abunə olmaq
İki turdan sonra 1 xal belə, toplaya bilməyən Tunis yığmasının böyük ölçüdə taleyi müəyyənləşib

BAKI, 23 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə Dünya çempionatında G qrupunda ikinci turun ilk oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Belçika və Tunis arasında keçirilən görüşdə Avropa təmsilçisi böyük hesabla qalib gəlib.

Oyun 5:2 hesabı ilə belçikalıların xeyrinə başa çatıb. Qolları 6 və 51-ci dəqiqələrdə Eden Azar, 16 və 45-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Miçi Baçuay vurublar. Tunis yığmasının heyətində isə qolları 18-ci dəqiqədə Dilan Broni, 90+3-cü dəqiqədə Vəhbi Xəzri rəqib qapısından keçiriblər.

İki turdan sonra 1 xal belə, toplaya bilməyən Tunis yığmasının böyük ölçüdə taleyi müəyyənləşib. Növbəti turda heç bir böyük hesablı sensasiyalar qeydə alınmasa, Tunis çempionatı tərk edəcək. Belçika isə böyük ehtimalla 1/8 finala vəsiqə qazanıb.

Xəbər lenti
0