Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya çempionatında günün oyunları: Almanlar vəziyyətlərini düzəldə biləcəklərmi

© Sputnik / Владимир Песня / Mediabanka keçidFutbol üzrə dünya çempionatı, Almaniya yığmasının azarkeşi
Futbol üzrə dünya çempionatı, Almaniya yığmasının azarkeşi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günün ən maraqlı qarşılaşması Soçidə olmalıdır

BAKI, 23 iyun — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında F və G qruplarında ikinci tura start veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq meydançaya G qrupunun təmsilçiləri olan Belçika və Tunis çıxacaqlar. Oyun Bakı vaxtı ilə 16.00-da Moskva şəhərində başlayacaq. İlk turda bu komandalar fərqli nəticə göstəriblər. Belçika Panama üzərində 3:0 hesablı qələbə əldə edib, Tunis isə 1:2 hesabı ilə İngiltərəyə məğlub olub.

Günün ikinci oyunu Rostovda Cənubi Koreya və Meksika milliləri arasında olacaq. Bu görüş 19.00-da başlayacaq. İlk turda Cənubi Koreya 0:1 hesabı ilə İsveçə məğlub olub, Meksika isə Almaniya üzərinə sensasion qələbə qazanıb.

Nəhayət, 22.00-da Soçidə hazırkı dünya çempionları almanlar İsveçlə üz-üzə gələcəklər. İlk görüşdə 0:1 hesabı ilə gözlənilmədən Meksikaya məğlub olan almanlar aktivində 3 xal olan İsveçə qalib gəlməsələr onların qrupdan çıxmaq şansları ciddi sual altında olacaq.

Xəbər lenti
0