Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Klublarımızın Avropa Liqasında real və mümkün rəqibləri müəyyənləşdi

© Photo : UEFA via Getty ImagesUEFA Avropa Liqasının püşkatması
UEFA Avropa Liqasının püşkatması - Sputnik Azərbaycan
Abunə olmaq
"Neftçi" mərhələ adlasa rəqibi İspaniyanın "Sevilya" klubu olacaq

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə Avropa Liqasında I v II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib. "Keşlə" Maltanın "Baltsan" klubuna rəqib olub. İlk oyun iyulun 12-də səfərdə keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Milsami" (Orxey, Moldova) — "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə görüşəcək.

"Neftçi" klubu Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək. İlk oyun Bakıda olacaq. Bu mərhələni adlayan klubun rəqibi isə İspaniyanın "Sevilya" klubu olacaq.

"Qəbələ" isə Lüksemburq "Proqres"inə rəqib olub. İlk oyun səfərdə nəzərdə tutulub. Bu mərhələnin qalibi "Honved" (Macarıstan) — "Rabotniçki" (Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Oyunlar iyulun 12-də və 19-da keçiriləcək.

Xəbər lenti
0