Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Belçika yığması tarix yazdı

© Sputnik / Нина Зотина / Mediabanka keçidDÇ-2018-Belçika-Panama qarşılaşması
DÇ-2018-Belçika-Panama qarşılaşması - Sputnik Azərbaycan
Abunə olmaq
G qrupunun ilk oyunu 3:0 hesabı ilə Belçikanın xeyrinə başa çatıb

BAKI, 18 iyun — Sputnik. "Rusiya 2018" futbol üzrə dünya çempionatının beşinci günündə "G" qrupunun ilk oyunu keçirilib. Qrupda yer alan Belçika millisi debütant Panama yığması ilə qarşılaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qarşılaşmanın ilk 45 dəqiqəsi nəticəsiz yekunlaşıb. Oyunun ikinci hissəsində isə Belçika yığması əsl futbol şousu göstərib. Belə ki, matçın 47-ci dəqiqəsində belçikalı Dris Mertens ilk qolu vurub.
Bundan ruhlanan belçikalılar Panama yışmasına göz verib, işıq verməyib. Matçın 69-cu dəqiqəsində Panamanın qapısına ikinci qolu Romelu Lukaku vurub. Lukaku oyunun 75-ci dəqiqəsində də fərqlənib və komandasının 3-cü qolunun da müəllifi olub.
Beləliklə, G qrupunun ilk oyunu 3:0 hesabı ilə Belçikanın xeyrinə başa çatıb.

DÇ-2018, İsveç - Cənubi Koreya - Sputnik Azərbaycan
İDMAN
Dünya çempionatında bu gün sensasiyasız başladı

Soçidəkı "Fişt Arena"da keçirilən görüşü zambiyalı Canni Sikazve idarə edib. Oyunun əsas vaxtına 4 dəqiqə əlavə edilib. Çempionat başlayandan bu yana Belçika-Panama oyunu futbolçuların ən çox sarı kartla cəzalandırıldığı oyun olub: 8 sarı kart.   

Belçikanın start heyətində Tibo Kurtua, Dedrik Boyata, Tobi Alderveyreld, Yan Vertonqen, Kevin De Brüyne, Aksel Vitsel, Toma Menye, Yannik Korrasko, Dris Mertens, Eden Hazard, Romelu Lukaku meydana çıxıblar. Komandanın baş məşqçisi Roberto Martinesdir.

Panama yığmasının ilk onbirliyində isə Xayme Penedo, Fidel Eskobar, Roman Tores, Erik Devis, Mikayel Murilyo, Xose Luis Rodriq, Anubal Qodoy, Qabriyel Qomes, Armando Kuper, Edqar Barsenas, Blas Peres yer alıblar. Panama millisinin məşqçisi Ernan Qomesdir.

Qeyd edək ki, mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.

Xatırladaq ki, Belçika milli komandasının yer aldığı "G" qrupunun birinci turuna saat 22:00-da baş tutacaq Tunis-İngiltərə oyunu ilə yekun vurulacaq.

Xəbər lenti
0