Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa yenə də Cənubi Amerikaya qalib gəldi

© Sputnik / Максим Блинов / Mediabanka keçidPeru-Danimarka. Oyunun qəhrəmanı Yusuf Poulsen
Peru-Danimarka. Oyunun qəhrəmanı Yusuf Poulsen - Sputnik Azərbaycan
Abunə olmaq
C qrupunda birinci turdan sonra Fransa və Danimarka liderdir

BAKI, 16 iyun — Sputnik. Futbol üzrə dünya çempionatında C qrupunda birinci tura yekun vurulub. Qrupdakı ikinci oyunda Peru və Danimarka milliləri qarşılaşıblar. 

Görüşün birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də hesab açmağa heç bir komanda müvəffəq olmayıb. Nisbi üstünlük Peru millisinin tərəfində olub və onlar 45-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıblar. Lakin Kueva topu qapıdan yuxarı vurub.

İkinci hissə Peru yığmasının üstünlüyü ilə başlayıb. Amma perulular yenə də çoxsaylı imkanları reallaşdıra bilməyiblər. Əvəzində isə 59-cu dəqiqədə Poulsen dəqiq zərbə ilə Danimarkanı önə çıxarıb — 1:0. Bu qoldan sonra yenə də daha çox hücum edən Peru olub. Ancaq onlar heç cür fürsətləri qola çevirə bilməyiblər. Görüş elə bu hesabla bitib — 1:0.

Bu qrupda keçirilmiş birinci oyunda Fransa Avstraliya millisinə qalib gəlmişdi — 2:1.

Xəbər lenti
0