Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Messinin uğursuz başlanğıcı

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidDÇ-2018, Argentina-İslandiya görüşü, Lionel Messi
DÇ-2018, Argentina-İslandiya görüşü, Lionel Messi - Sputnik Azərbaycan
Abunə olmaq
D qrupunda ilk görüş keçirilib

BAKI, 16 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. 

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Moskva şəhərində D qrupunda yer alan Argentina və İslandiya yığmaları qarşılaşıblar. Birinci hissənin 19-cu dəqiqəsində Aquero argentinalıları irəli çıxarıb — 1:0. Bundan 4 dəqiqə sonra islandlar hesabı bərabərləşdiriblər. Finboqasonun zərbəsi dəqiq olub — 1:1.

Birinci hissə elə bu hesabla başa çatıb.

İkinci hissədə argentinalılar daha çox hücumda olublar. 64-cü dəqiqədə Messiyə qarşı qayda pozuntusuna görə islandların qapısına 11 metrlik cərimə zərbəsi təyin olub. Lakin Lionel Messinin vurduğu zərbəni Xalldourson qaytarıb.

Beləliklə, oyun heç-heçə başa çatıb — 1:1.

Xəbər lenti
0