16:42 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
DÇ-2018

Bu gün futbol azarkeşlərini hansı sürprizlər gözləyir?

İDMAN
Qısa URL
Futbol üzrə dünya çempionatı (90)
75 0 0

Futbol üzrə Dünya Çempionatında qarşılaşacaq komandalar və günün favorit oyunu

BAKI, 15 iyun — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci günündə üç görüş keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq ilk oyunda "A" qrupunda yer alan Misir və Uruqvay milliləri üz-üzə gələcək.

Rusiya - Səudiyyə Ərəbistanı oyunu
© Sputnik / Aleksey Filippov

İki dəfə dünya çempionu olan (1930 və 1950) Uruqvay yığması indiyədək 12 mundialda çıxış edib. Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq ikinci qarşılaşma "B" qrupunda yer alan Mərakeş və İran milliləri arasında olacaq. "Rusiya 2018" sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunan Mərakeşin qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilər 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi bacarıblar. İndiyədək dörd dəfə dünya çempionatlarında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.

Günün sonuncu görüşündə çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşacaq. 2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir. İndiyədək altı dəfə dünya çempionatına qatılan Portuqaliya yığması 1966-cı ildə üçüncü, 2006-cı ildə isə dördüncü yeri tutub. 1966-cı ildəki mundialda Portuqaliya futbolunun əfsanəsi Eysebio 9 qolla bombardir olub.

Qeyd edək ki, Rusiyada futbol üzrə 21-ci dünya çempionatının açılış mərasimi keçirilib. Açılış mərasimi Moskvanın "Lujniki" stadionunda baş tutub. Təntənəli açılış mərasimində dövlət və hökumət rəhbərləri, eləcə də FİFA rəhbərləri iştirak ediblər. Açılış mərasimində Rusiya Federasiyası prezidenti Vladimir Putin çıxış edib.

Açılış oyununda çempionat sahibi Rusiya komandası ilə Səudiyyə Ərəbistanı yığması üz-üzə gəlib. Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb. Amma çempionatın autsayderlərindən sayılan Rusiya millisi gözlənilmədən güclü oyun nümayiş etdirib və 5:0 hesablı qələbə qazanıb. Qolları Yuri Qazinski (12), Denis Çerışev (43, 90+1), Artyom Dzyuba (71), Aleksandr Qolovin (90+4) vurublar.

Mövzu:
Futbol üzrə dünya çempionatı (90)

Əlaqədar

Futbol şərhçisi dünya çempionatının favoritlərini açıqladı
Futbol üzrə dünya çempionatı başladı
Futbol üzrə dünya çempionatı oyunlarının nəticələri
Teqlər:
milli, Portuqaliya, İspaniya, İran, Mərakeş, Misir, Uruqvay, komanda, yığma, qrup, dünya çempionatı, futbol, Rusiya

Əsas mövzular