08:27 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Rusiya-2018

Dünyanın diqqəti Moskvada: Hər kəs nəfəs dərmədən o anı gözləyir

© Sputnik / Aleksandr Kryazhev
İDMAN
Qısa URL
437 0 0

Açılış mərasimi 18:30-da başlayacaq ki, bu da tədbirin 12-15 dəqiqə davam etməsi anlamına gəlir

BAKI, 14 iyun — Sputnik. Bu gün 2018-ci il futbol üzrə Dünya Çempionatının açılış mərasimi və oyunu keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, sayca 21-ci dünya çempionatının açılış oyunu Moskvanın "Lujniki" meydanında baş tutacaq.

Bakı vaxtı ilə saat 19:00-da çempionatın ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Lakin turnirin ilk oyunundan əvvəl açılış mərasimi baş tutacaq. Açılış mərasimi 18:30-da başlayacaq. Bu isə mərasimin 12-15 dəqiqə davam etməsi anlamına gəlir.

Uzun illər ərzində ilk dəfə dünya çempionatının açılış mərasimi bu qədər qısa olacaq. 2010-cu ildə Cənubi Afrika Respublikası və 2014-cü ildə Braziliyada keçirilən açılış mərasimləri miqyasına görə daha böyük olub.

Çempionatın təşkilatçıları "Lujniki"dəki açılış mərasiminin niyə bu qədər sadə olacağını açıqlamayıb.

Mərasimdə nə olacaq?

Açılış mərasimidə britaniyalı müğənni Robbi Uilyams (Robbie Williams) çıxış edəcək. Yeri gəlmişkən, onun qalmaqallı "Party like a russian" (rus kimi əylən) mahnısı var və təşkilatçılar müğənnini bu mahnını ifa etməməyə çağırıblar.

Mərasimdə, həmçinin Vyrana operasının solisti Aida Qarifullina da çıxış edəcək.

Braziliyalı futbolçu, 1994 və 2002-ci illərin dünya çempionu Ronaldo da açılış mərasiminin iştirakçılarındandır. Bundan başqa, 2018-ci il Dünya Çempionatının rəsmi mahnısını Uill Smit (Will Smith), Niki Cem (Nicky Jam) və albaniyalı müğənni Era İstrefi (Era Istrefi) ifa edəcək.

Qeyd edək ki, şounun rejissoru Feliks Mixayolovdur. O, həmçinin turnirin püşkatma mərasimini və 2017-ci il Konfederasiyalar Kubokunun açılış və bağlanış mərasimlərinin rejissoru olub.

Bu arada, açılış mərasiminə xeyli sayda ölkə və hökumət başçıları da qatılacaq. Onlar arasında Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbeyev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Panama prezidenti Xuan Karlos Varela, həmçinin Paraqvayın yeni seçilən prezidenti Benites və Ermənistanın baş naziri Nikol Paşinyan, Səudiyyə Ərəbistanın şahzadəsi Salman əl Saud var.

Əlaqədar

Futbol üzrə dünya çempionatı oyunlarının nəticələri
Qalmaqallar dünya çempionatından qabaq start götürüb...
Dünya çempionatının ulduz qonaqları məlum olub
Teqlər:
"Lujniki" meydanı, Moskva, Rusiya, oyun, açılış mərasimi, 2018-ci il futbol üzrə Dünya Çempionatı

Əsas mövzular