Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu şəxslər Rusiyanın öhdəsindən gəlmək üçün Moskvaya gediblər

© Sputnik / Valery Melnikov / Mediabanka keçidДорожный указатель на аэропорт "Внуково"
Дорожный указатель на аэропорт Внуково - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyəlilər Moskvaya Sankt-Peterburq şəhərindən gəliblər

BAKI, 13 iyun — Sputnik. Futbol üzrə Səudiyyə Ərəbistanı yığması dünya çempionatı çərçivəsində Rusiya ilə oyunda iştirak üçün Moskvaya gəlib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Vnukovo hava limanının mətbuat xidməti məlumat yayıb.

Səudiyyəli futbolçular Moskvaya Sankt-Peterburq şəhərindən gəliblər. Çempionat zamanı onların bazası məhz Sankt-Peterburqda olacaq.

Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatının açılış oyunu iyunun 14-də Moskvadakı məşhur "Lujniki" stadionunda keçiriləcək. Görüşdə Rusiya və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşacaqlar. Oyunu argentinalı Nestor Pitanaın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Rusiya və Səudiyyə Ərəbistanı milliləri dünya çempionatında A qrupunda yarışacaqlar. Bu qrupda onlardan başqa Uruqvay və Misir yığmaları da var.

Xəbər lenti
0