00:25 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi

Tarixdə Birinci Avropa Oyunlarının açılış mərasimi

© AFP 2019 / KIRILL KUDRYAVTSEV
İDMAN
Qısa URL
71 0 0

İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub

BAKI, 12 iyun — Sputnik. 2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib.

“Bakı-2015” ilk Avropa Oyunlarında 6 min atlet 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub.

Teqlər:
Bakı Olimpiya Stadionu, açılış, Avropa Oyunları

Əsas mövzular