Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatının ulduz qonaqları məlum olub

© Sputnik / Anton Denisov / Mediabanka keçidMoskvadakı Lujniki idman arenası
Moskvadakı Lujniki idman arenası - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar 80 min tamaşaçı qarşısında çıxış edəcəklər

BAKI, 11 iyun — Sputnik. Beynəlxalq Futbol Federasiyası Assosasiyası (FİFA) 14 iyunda start götürəcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimi haqqında bəzi məqamlara aydınlıq gətirib.

Sputnik Azərbaycan FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mötəbər yarışın açılış mərasimində müğənni Robbi Uilyams, opera ifaçısı Aida Qarifullina və Braziliya yığmasının sabiq futbolçusu, dünya şöhrətli futbolçu Ronaldinyo Lujniki stadionunda 80 min tamaşaçı qarşısında çıxış edəcək.

© © FIFA.comRonaldo, Robi Uilyams və Aida Qarifulina
Ronaldo, Robi Uilyams və Aida Qarifulina - Sputnik Azərbaycan
Ronaldo, Robi Uilyams və Aida Qarifulina

Robi Uilyams mərasimdəki çıxışını şərh edib: "Rusiyaya gələrək burada mötəbər yarışda çıxış edəcəyim üçün çox xoşbəxtəm. Mən zamanla çox şey əldə etmişəm, ancaq dünya çempionatının açılış mərasimində 80 min tamaşaçı qarşısında çıxış etmək mənim uşaqlıq arzum idi. Bütün fanatlarımı və futbolsevərləri açılış mərasiminə dəvət edirəm".

Aida Qarifullina qeyd edib ki, heç vaxt ağlına gəlməzdi ki, futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək: “Bu mənim üçün böyük şərəfdir".

Qeyd edək ki, Dünya çempionatının açılış mərasimi iyunun 14-də, Bakı vaxtı ilə 20:30-da Rusiya-Səudiyyə Ərəbistanı oyununa bir saat qalmış başlayacaq.

Xəbər lenti
0