Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Argentinanın İsrail qərarına Türkiyə təsir edib?

© Sputnik / Nina Zotina / Mediabanka keçidФутбол. Товарищеский матч. Аргентина - Нигерия
Футбол. Товарищеский матч. Аргентина - Нигерия - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail-Argentina qarşılaşmalarından biri Qüdsdə ola bilər

BAKI, 9 iyun — Sputnik. Xəbər verildiyi kimi Argentina milli futbol komandası İsraildə baş verən etirazlara görə bu ölkədə keçiriləcək yoldaşlıq oyununu keçirməkdən imtina edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Argentina milli komandasının İsrailə getməkdən imtina etməsində Türkiyə dövlətinin rolu olduğunu iddia edilir. Belə ki, İsrailin dövlət kanalı olan “Kan” telekanalının müxbiri Amiçai Stein oyunun təşkilatçıları ilə görüşüb.

Stein təşkilatçıların ona, "Yoldaşlıq oyununun ləğv olunma qərarının arxasında Qətər və Türkiyə dövlətləri var, lakin gələcəkdə Argentina ilə 2 matç oynamaq üçün danışıqlar davam edir. Bu oyunlardan biri Qüdsdə keçirilə bilər” dediyini iddia edib.

Xəbər lenti
0