Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kapoeyra Federasiyasının prezidenti: "Biz uşaqlara aqressiya öyrətmirik"

© Sputnik / Murad OrujovKapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə
Kapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən 11 ildir kapoeyra ilə məşğulam, rəqibim isə 37 ildir bu sənətdədir, deməli, doğru qərardır və bunu uduzmaq yox, şərəf bilirəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Azərbaycanda kapoeyranın yaradıcısı kimi idman tarixinə düşən Taleh Orucov 1997-ci ildə ilk dəfə Lənkəranda kapoeyra məktəbini yaradıb. Həmin məktəbin fəaliyyətini 2007-ci ildən Bakıda davam etdirib. Bununla o, həm də Kapoeyra Federasiyasını inkişaf etdirib. Taleh Orucov 2017-ci ildə, hətta Dünya Kapoeyra Federasiyasının prezidenti seçilib. Amma bir neçə ayın içində Taleh Orucov nədənsə tutduğu vəzifədən istefa verib. Onun yerinə isə Nahid Ağazadə gətirilib.

Sputnik Azərbaycan Kapoeyra Federasiyasının yeni prezidenti Nahid Ağazadə ilə həmsöhbət olub. Federasiyada baş verənlər barədə suallar ünvanlayıb.

— Nahid bəy, hər şey birdən oldu. Taleh Orucov getdi və siz Kapoeyra Federasiyasına prezident seçildiniz…

Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov - Sputnik Azərbaycan
İDMAN
Milli Karate Federasiyası söz-söhbətə son qoydu

— Taleh Orucov bir müddətdir xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən Taleh müəllim federasiyada işləri davam etdirə bilmədi. O, hal-hazırda Türkiyədə müalicə alır. Bu səbəbdən də həm Azərbaycan Kapoeyra Federasiyasının, həm də Dünya Kapoeyra Federasiyasının prezidenti vəzifəsindən öz ərizəsi ilə getdi.

 Siz prezident seçilməmişdən öncə hansı sahədə çalışmısınız? Dünya Kapoeyra Federasiyası prezidentliyinə də namizədsiniz?

— Mən 11 ilə yaxın müddətdə Azərbaycan Kapoeyra Federasiyasında baş məşqçi kimi işləmişəm. İclas keçirildi və namizədliyim irəli sürüldü. Səs çoxluğu ilə namizədlər arasında mən Kapoeyra Federasiyasının prezidenti seçildim. Amma Dünya Kapoeyra Federasiyasına namizədliyim verilmədi. Dünya üzrə elə ustalar var ki, onların yanında mən namizədliyimi verə bilməzdim. Amma Dünya Kapoeyra Federasiyasının idarə heyətinin üzvüyəm.

 Bu sahəyə hansı idman növündən gəlmisiniz?

— İdmana gəldiyim ilk gündən kapoeyra ilə məşğulam. O zaman məni dostum Elmar Bayramov zala gətirib. Sadəcə bir məşq özümü sınamaq üçün gəlmişdim. Gəldim, sınadım, bəyəndim və artıq 11 ildir burdayam. 2007-ci ildən bu idman növündəyəm.

 Dünya çempionatı keçirmək Taleh Orucovun ideyası idi…

Taleh Orucov – Ümumdünya Kapoeyra Federasiyasının vitse-prezidenti, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti - Sputnik Azərbaycan
İDMAN
"Çox istəyirəm, taekvando və boksdan qızıl medalımız olsun"

— Bəli, Taleh müəllimin ideyası idi. İdman Nazirliyi söz verdiyi dəstəyi göstərdi. Doğrudur, bəzi maliyyə problemləri oldu, amma böyük tədbir təşkil edən zaman belə hallar baş verir. Bizim də işlərimiz nəticəsində uğurlu yarış alındı.

 Olimpiya idman növlərinin sponsorları var. Bəs sizin necə?

— Xeyr. Bakı Şəhər Baş İdman idarəsi, İdman Nazirliyi bizə dəstək olur. Amma bizim xüsusi bir sponsorumuz yoxdur. Hazırda isə konkret sponsor yoxdur. Şirkəti olan valideynlər də bizə dəstək olur. Federasiyanın öz balansından da kömək olaraq bəzi yarışlar təşkil edirik.

 Xarici yarışlara gedəndə maliyyə məsələsi necə öz həllini tapır? Axı hər idmançının imkanı yoxdur…

— İl ərzində olacaq xarici yarışların təqvimini biz öncədən İdman Nazirliyinə təqdim edirik. Onlar da il ərzində keçiriləcək önəmli yarışlar üçün maliyyə ayırırlar. Amma bəzən olur ki, mühüm yarışlardan gec xəbər tuturuq. Bu zaman özümüz xərcimizi çəkib yarışlara qatılırıq.

© Sputnik / Murad OrujovKapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə Sputnik Azərbaycana müsahibə zamanı
Kapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə Sputnik Azərbaycana müsahibə zamanı - Sputnik Azərbaycan
Kapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə Sputnik Azərbaycana müsahibə zamanı

 Qeyri-olimpiya idman növlərində ən böyük problem maaş məsələsidir. Müəyyən vaxtdan sonra maliyyə problemlərinə görə kişi və qadın idmançılar iş tapıb idmandan uzaqlaşırlar. Sizdə də bu problem mövcuddur?

— Biz çalışırıq ki, yüksək dərəcəli idmançılarımızı itirməyək. Onları məşqçi kimi hazırlayırıq, müəllim kimi işləyirlər.

— Yeni prezident seçilmisiniz və bu federasiyaya hansı yeni ab-hava gətirəcək?

— Birinci növbədə sponsor problemini həll etməliyik. İkinci növbədə isə Azərbaycanda yarışların sayını çoxaltmalıyıq. Əvvəl 4 dəfə yarış keçirirdik, bu gün isə 6 və daha çox yarış. Bu yarışlar idmançılar arasında motivasiyanın artmasına səbəb olur.

Azərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda daha bir federasiya təsis edildi

 Azərbaycanda valideynlər övladlarını adətən idmana dava düşəndə döyülməmək, döymək üçün qoyurlar. Kapoeyra da kontaktsız idman növüdür. Bəs siz küçədə necə müdafiə olunursuz?

— Biz uşaqlara aqressiya öyrətmirik. Hətta yarış zamanı belə, idmançı gülməlidir. Əks halda ona cərimə gəlir. Hətta valideynlərdən biri mənə şikayət etmişdi ki, "Mənim uşağım öyrəndiklərini niyə çöldə tətbiq etmir? İstəyirəm ki, tətbiq etsin, çünki məktəbdə onu şagird vurub, oğlum isə onu vurmaq əvəzinə davanın səbəbini öyrənməyə çalışıb". Valideynə cavabımda dedim ki, biz aqressiya öyrətmirik və vacib məqamlarda o, döyə bilər.

— Yarışda dünya ikincisi oldunuz…

— Çoxu deyir ki, yarışda mənə qarşı haqsızlıq olub. Hətta Braziliya komandasından da yaxınlaşıb bunu deyənlər oldu. Amma mən belə düşünmürəm. Mən 11 ildir kapoeyra ilə məşğulam, rəqibim isə 37 ildir bu sənətdədir. Onun stajı mənim yaşımdan çoxdur. Deməli, doğru qərardır və bunu uduzmaq yox, şərəf bilirəm.

Xəbər lenti
0