Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Serb cəlladı": "Sürprizlər nəticələri dəyişdirməyəcək"

© Sputnik / Ilham MustafayevTuran Tovuz futbol klubunun baş məşqçisi Əsgər Abdullayev
Turan Tovuz futbol klubunun baş məşqçisi Əsgər Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın mundiala gedən yolunu bölgələrdə futbol akademiyaları açmaqla qısaltmaq mümkündür"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatına sayılı günlər qalıb. Ölkə futbolsevərlərinin də böyük maraqla gözlədiyi idman bayramı haqda bir çox proqnozlar səsləndirilməkdədir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri dünya çempionatından gözləntilər, futbolumuzun hazırkı durumu və digər məsələlər barədə Turan Tovuz futbol klubunun baş məşqçisi, uzun illər Azərbaycanın əsas və müxtəlif yaş qrupları üzrə millilərini çalışdırmış "Serb cəlladı" ləqəbli Əsgər Abdullayevlə həmsöhbət olub.

© Sputnik / Ilham MustafayevTuran Tovuz futbol klubunun baş məşqçisi Əsgər Abdullayev
Turan Tovuz futbol klubunun baş məşqçisi Əsgər Abdullayev - Sputnik Azərbaycan
Turan Tovuz futbol klubunun baş məşqçisi Əsgər Abdullayev

— Əsgər müəllim, sizcə builki dünya çempionatında haqda Rusiya bu çətin evsahibliyinin öhdəsindən gələ biləcəkmi?

— Fikrimcə, bu mundial ən yaxşılardan biri olacaq. Nəhəng bir dövlət olan Rusiya əvvəllər də böyük idman yarışlarına ev sahibliyi edib və heç şübhəm yoxdur ki, bu çempionat hər hansı birindən geri qalsın.

— Bir futbol mütəxəssisi olaraq hansı milli komandanın şanslarını yüksək dəyərləndirirsiniz?

— Öncədən çempionun kim olacağını deməyə çətinlik çəkirəm. Belə düşünürəm ki, artıq 3 turnir çempion ola bilməyən Braziliya çempion adını qaytarmaq istəyəcək, Almaniya öz növbəsində qorumağa çalışacaq, Argentina da çox istəklidir, fransızlar yaxşı komanda formalaşdırıblar. Düzdür, sürprizlər də qaçılmazdır, lakin bunun ümumi nəticəyə təsir edəcəyinə inanmıram. Fikrimcə, çempionluq nəhənglərin arasında həll olunacaq.

— Əsgər müəllim, azarkeşlik etdiyiniz, simpatiyanız olan komanda varmı?

— Simpatiyam həmişə italyanlara olub. Təəssüf ki, bu çempionatda onlar yoxdur. Bundan başqa, alman futbolunun xoşum gələn cəhətlər var ki, bu da əsas nizam-intizamla bağlıdır. Futbol da nizam-intizamı sevir. Bu üzdən onlara "alman maşını" deyirlər. Bu nizam-intizam, prinsipiallıq heç Braziliya millisində yoxdur.

— Belə görünür ki, İtaliyanın yoxluğunda Almaniya millisinə azarkeşlik edəcəksiniz?

— Yox, azarkeşlik edəcəyim komanda Misir olacaq. Komanda güclü heyətə malikdir, Salah kimi güclü liderləri var. Onların Portuqaliya ilə son yoldaşlıq oyunlarını izləmişəm, sürpriz edəcək yığmaların sırasında Misiri də görürəm.

— Bəs ev sahibi olan Rusiya millisi necə, ilk baxışdan asan rəqib görünən Misir, Səudiyyə Ərəbistanı və Uruqvay kimi millilərlə eyni qrupda yer alır. Sizcə, Rusiya hara qədər irəliləyə bilər?

— Əslində çətin qrupdur. Bayaq dediyim kimi, Misir güclü heyətə malikdir, Uruqvay çətin Cənubi Amerika zonasından mundila birbaşa vəsiqə qazanıb. Rusiyanınsa hazırkı heyət ilə çempionluğa oynamağı inandırıcı görünmür. Lakin böyük azarkeş dəstəyi ilə, çox çətin olsa da, qrupdan çıxa bilər. Amma daha artığına gücünün çatacağına inanmıram.

© Sputnik / Ilham MustafayevTuran Tovuz futbol klubu
Turan Tovuz futbol klubu - Sputnik Azərbaycan
Turan Tovuz futbol klubu

— Bəs Azərbaycanın necə, belə mötəbər turnirdə iştirakı nə vaxtsa reallaşacaqmı?

— Təbii ki, hamımızın arzusu millimizin də belə çempionatlarda iştirak etməsidir. İnşallah bu, nə vaxtsa reallaşacaq.

— Uzun illər həm ölkənin bir nömrəli yığmasına, həm müxtəlif yaş qrupları üzrə seçmə komandalarına rəhbərlik edən şəxs kimi necə fikirləşirsiniz, bu prosesi necə sürətləndirmək olar?

— Futbol qayğını sevir. Belə düşünürəm ki, futbolu kütləvi şəkildə inkişaf etdirmək, bütün bölgələrdə futbol akademiyaları yaratmaq lazımdır. Xüsusən belə akademiyaların birinin qərb bölgəsində yaradılması mütləqdir. Çünki müstəqilliyimiz dövründə ən çox futbolçu qərb bölgəsində yetişib ki, onların böyük əksəriyyəti Tovuzun payına düşür. Demək olar ki, Azərbaycan Premyer Liqasında oynayan bütün komandaların heyətində tovuzlu futbolçular yer alır. Düşünürəm ki, futbolumuzun kütləvi inkişafı mundiala gedən yolumuzu da qısaldacaq.

© Sputnik / Ilham MustafayevTuran Tovuz futbol klubu
Turan Tovuz futbol klubu - Sputnik Azərbaycan
Turan Tovuz futbol klubu

— Söhbət Tovuzdan düşmüşkən, Azərbaycan futbolunda bir çox ilkə imza atan "Turan"a rəhbərlik edirsiniz. Gəldiyiniz il komandanı 1-ci divizionda çempion etsəniz də, "Turan" Premyer Liqaya çıxa bilmədi. Bu, komandaya necə təsir etdi?

— Əvvəla onu deyim ki, Turanı çempion etmək tək mənim uğurum deyildi. Çempionluqda ümumilikdə rəhbərliyin, məşqçilərin, azarkeşlərin, hətta xadimələrin belə böyük zəhməti vardı. Adi məşqlər vaxtı, müzakirələr zamanı hər yeri təmiz, səliqəli görmək belə oyunçuların ruh yüksəkliyini, məsuliyyətini artırır. Eyni zamanda "Turan"ın, bu gün lider komandalarımızda belə olmayan böyük azarkeş dəstəyi vardı. "Turan"ın hər oyunu Tovuzda bayram əhval-ruhiyyəsi ilə keçirdi, 5-6 min azarkeş oyunu stadiondan izləyirdi. Bu templə davam edib, yüksək dəstədə də uğurla təmsil oluna bilərdik. Təəssüflər olsun ki, maliyyə baxımından problemlər yarandı və yüksək liqaya çıxa bilmədik. Bu da komandada qırılma nöqtəsi oldu. Azarkeşlər futboldan küsdü. 14 futbolçu heyəti tərk edərək müxtəlif klublara getdi. Birinci dəstədə paytaxt klublarının sayının artması istədiyimiz futbolçuların gəlib bölgə klubunda oynamaq istəməməsinə səbəb oldu. Lakin ümid edirik ki, "Turan"ın bu il yüksək dəstəyə çıxmağına şərait yaradılacaq və o, yüksək dəstəyə özünəməxsus rəng qatacaq. Ümumiyyətlə isə premyer liqdə bölgə klublarının olması vacibdir və mənim Tovuzda olub- olmamağımdan asılı olmayaraq, ilk növbədə "Turan"ın güclülər dəstəsində olmasını istəyirəm.

Xəbər lenti
0