Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldunun pərəstişkarlarına şad xəbər

© REUTERS / Wolfgang Rattay“Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu
“Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
Serialda Nyu-Yorkun bir qəsəbəsində fəaliyyət göstərən gənc qızlardan ibarət futbol komandasından bəhs olunacaq

BAKI, 10 may — Sputnik. Kriştianu Ronaldunun dəstək verərək qabağa çəkəcəyi futbolçunun həyatından bəhs edən serial indidən böyük marağa səbəb olub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, serialda Nyu-Yorkun bir qəsəbəsində fəaliyyət göstərən gənc qızlardan ibarət futbol komandasından bəhs olunacaq.

Qızların başına gələn hadisələr və macəralar serialda əksini tapacaq. Serialın ssenari müəllifi Memphis Beat, Liz Garcia və Coş Hartodudur.

Kriştianu Ronaldu sosial şəbəkədə məsələyə belə reaksiya verib: "Boş vaxtım olanda ən çox televiziya izləməyi sevirəm. Bu serial mənim üçün sınaq olacaq. Həm də mənim həyatım serialdakı qızların həyatına yaxın olduğundan bu serialı izləmək mənə maraqlı olacaq".

Xəbər lenti
0